Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri: PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir

Oxunma vaxtı:34 Saniyə

Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə bu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirlə görüşüb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə İ.Dəmir “Twitter”də yazıb.

İ.Dəmir bildirib: “İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərimizi müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan tuttmuş silah-sursata və raketlərə, elektron hərbi sistemlərə qədər bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətlərində də birlikdə çalışacağıq. Bir millət, iki dövlət!”

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri: PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vaqif Dərgahlı: Ermənilər məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər

Ümmumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb. Ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub. Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Doğrusöztv.Az bildirir ki, bunu Trendə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin […]