Milli Məclisin binasına nə qədər ziyan dəyib? – MƏBLƏĞ

Oxunma vaxtı:33 Saniyə

Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçılarının törətdiyi dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib.

Bu barədə DOĞRUSÖZTV.AZ-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gecə Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Baş Prokurorluq və DİN aksiya haqda MƏLUMAT YAYDI - SAXLANILANLAR VAR

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri birgə məlumat yayıb. Unikal.org-a daxil olan məlumatda deyilir: Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və […]