Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır (YENİLƏNİB)

Oxunma vaxtı:54 Saniyə

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkiləri olan düşmən geri çəkilməyə məcbur edilib. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır. O qeyd edib ki, həmişə olduğu kimi Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirdikdə dərhal Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutmaqda davam edir, əhalini qorxu altında saxlamağa cəhd göstərir: “Ancaq Azərbaycan xalqı, bütün ictimaiyyətimiz bilsin ki, Silahlı Qüvvələrimiz, Azərbaycan Ordusunun bu istiqamətdə olan bölmələri düşmənin qarşısını almağa hazırdır və qadirdir. Hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir”.

Onun sözlərinə görə, əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır.

V.Dərgahlı bildirib ki, xalqımız əmin olmalıdır ki, Azərbaycan Ordusu Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Pakistan XİN: Ermənistan təxribatçı hərəkətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısını almağa çalışır

Pakistan Ermənistan qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədinə törətdiyi hücumu qətiyyətlə pisləyir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistan XİN-nin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı həll olunmamış münaqişə bölgədəki sülhə və təhlükəsizliyə ciddi hədə yaradır və uzunmüddətli nəticələrə səbəb olur: “Son təxribatçı hərəkətlər Ermənistanın […]