Pakistan XİN: Ermənistan təxribatçı hərəkətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısını almağa çalışır

Oxunma vaxtı:31 Saniyə

Pakistan Ermənistan qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədinə törətdiyi hücumu qətiyyətlə pisləyir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistan XİN-nin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağdakı həll olunmamış münaqişə bölgədəki sülhə və təhlükəsizliyə ciddi hədə yaradır və uzunmüddətli nəticələrə səbəb olur:

“Son təxribatçı hərəkətlər Ermənistanın beynəlxalq birliyin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün davam edən danışıqlar prosesinə mane olmaq cəhdidir.

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

ABŞ Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı pisləyir və tərəfləri güc tətbiq edilməsini dərhal dayandırmağa çağırır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequsun bəyanatında deyilir. Bəyanatda bildirilir: “ABŞ Azərbaycan-Ermənistan dövlət sərhədindəki zorakılığı qətiyyətlə pisləyir. Tərəfləri güc tətbiq etməyi dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə […]