Nazir müavini: Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilir (YENİLƏNİB)

Oxunma vaxtı:27 Saniyə

Hazırda döyüşlər davam edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi və texnikası, komanda məntəqələri də vurulur və məhv edilir:

“Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

K.Vəliyev vurğulayıb ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. Onun sözlərinə görə, iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

 1,706 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır (YENİLƏNİB)

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkiləri olan düşmən geri çəkilməyə məcbur edilib. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib. V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır. O qeyd edib ki, həmişə olduğu kimi Ermənistan tərəfi cəbhədə […]