YAP İcra Katibiyində “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib (FOTO)

Oxunma vaxtı:5 Dəqiqə, 19 Saniyə

İyulun 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibiyində tədqiqatçı alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabının videokonfrans formatında təqdimatı keçirilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Prezdent İlham Əliyevin uğurla həyata keçirdiyi hücum diplomatiyasının ən vacib məqamlarından biri tarixin ermənilər tərəfindən saxtalaşdırılmasının ifşa edilməsindən ibarətdir. Onun sözlərinə görə, biz dəfərlərlə beynəlxalq tədbirlərdə Prezidentimiz tərəfindən ermənilərin açıq şəkildə ifşa olunmasının şahidi olmuşuq. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi hücum diplomatiyası Azərbaycanın və Ermənistanın həqiqi tarixinin beynəlxalq auditoriya tərəfindən mənimsənilməsi, dərk edilməsi, onların təsəvvüründə bu bölgənin həqiqi tarixi haqqında mənzərənin formalaşdırılması kimi vacib məqsədə xidmət göstərməkdədir.

Əli Əhmədov deyib ki, saxtakarlıq erməni millətinin ayrılmaz xislətinə, xüsusiyyətinə çevrilib: “Saxtakarlıq tarixən ermənilərin mənimsədiyi məşğuliyyətlərdən biridir. Ermənilər bunu vicdan əzabı çəkmədən ediblər və bu gün də etməkdədirlər. Tarixə münasibətdə də belədir. Özlərinin maraqları naminə vicdan əzabı çəkmədən, tarixi və tarixi hadisələri saxtalaşdıırblar. Tarixin saxtalaşdırılması ermənilərin işğalçı siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Onlar işğal etdikləri torpaqların tarixini dəyişmək üçün də tarixi təhrif edir, guya özlərinə məxsus olması üçün yanlış təsəvvür yaratmağa çalışırlar. Tariximizlə yanaşı mədəniyyətimizə də ermənilər tərəfindən təcavüz edilib və bu gün də edilməkdədir. Bu baxımdan, təqdimatına toplaşdığımız kitab bir tərəfdən Prezident İlham Əliyevin Azərbaycan tarixinin dərindən öyrənilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyələrə cavabdırsa, digər tərəfdən tariximizin ermənilər tərəfindən təhrif edilməsinin miqyası ilə əlaqədar təsəvvürlərimizin daha da aydınlaşmasına köməklik göstərir. Bu kitabda soyqırıma məruz qalan 1000-ə yaxın toponimlərimiz əksini tapır. Bu toponimlər dəyişdirilərkən özündən əvvəl mövcud olmuş, azacıq da olsa tarixi kökə məxsus olmuş toponimlə əvəz olunmayıb. Yeni adların heç birinin tarixlə əlaqəsi yoxudr. Bu sübut edir ki, ermənilər azərbaycanlıların əraziləri əllərinə keçirdikdən sonra real tarixi bütünlə yox etmək kimi çirkin yol seçiblər. Kitab bizim tariximizin çox vacib hissəsinin hər birimiz, xüsusilə gənclərimiz tərəfindən yaxşı mənimsənilməsi üçün gözəl vasitədir”.

Kitabın tərtibçisi, Milli Məclisin deputatı, tədqiqatçı-alim Əziz Ələkbərli çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.
Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə, ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar. Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi. Bu il iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi ki, bu tarix ciddi şəkildə araşdırılsın, elmi əsərlər ortaya qoyulsun. “Yeni Azərbaycan Partiyasının layihəsi olaraq nəşr olunmuş “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı da cənab Prezidentin bu çağırışına bir cavabdır. Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin – oykonim, oronim və hidronimin siyahısı verilib. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu deportasiyasına qədərki ərazi inzibati bölgüsü – rayonları üzrə qruplaşdırılıb, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun görüntülər verilib. Kitaba daxil edilmiş toponimlər hər bir toponimin “köhnə adı”, “yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə ilə bağlı Ermənistan SSR Ali Soveti Fərmanının tarixi) xanaları üzrə qruplaşdırılıb. Bu, özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur.
Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycan toponimlərinin ermənilər tərəfindən dəyişdirilmə prinsiplərinə də xüsusi diqqət yetirilib.

AMEA-nın Naxçıvan bölməsinin rəhbəri İsmayıl Hacıyev çıxışında bu kitabın erməni saxtakarlığının ifşa edilməsində vacib elmi sənəd olduğunu bildirib. Onun fikrincə, kitabın xüsusi əhəmiyyəti ondadır ki, burada təqdim olunmuş sənədlər çar Rusiyasının hazırladığı xəritələrə əsaslanır. İ.Hacıyev erməni saxtakarlığı ilə bağlı elmi araşdırmaların daha da gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev tədqiqatçı alim Əziz Ələkbərlinin bu istiqamətdə sanballı əsərlər yazdığını bildirib. Onun fikrincə, Azərbaycan Prezidentinin çağırışı əsasında Yeni Azərbaycan Partiyasının layihəsi olaraq nəşr olunmuş “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı da bu baxımdan mühüm elmi əsərdir. M.Quliyev qeyd edib ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə parçalamaqla bitmədi, əslində yeni faciələrimizin də başlanğıcı oldu. Belə ki, bu müqavilənin əsasında tarixi torpaqlarımıza köçürülən ermənilər azərbaycanlılara qarşı soyqırımı törədib, torpaqlarımızı işğal ediblər. O, Qərbi Azərbaycanda adları dəyişidirilən toponimlər barədə faktlarla fikirlərini əsaslandırıb.

M.Quliyev təklif edib ki, təqdimatı keçirilən kitabın elektron versiyası hazırlansın, rus və ingilis dillərinə tərcümə olunaraq internetdə yerləşdirilsin. Belə olarsa, dünya ictimaiyyəti də ermənilərin törətdiyi cinayətlərlə daha yaxından tanış ola biləcəklər.

Tədbirdə çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli nəşr olunmuş kitabın elmi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Ə.Hüseynli sovetlər hakimiyyəti dövründə ermənilərin toponimlərin adını mərhələlərlə dəyişdirildiyini deyib və bunu faktlarla diqqətə çatdırıb. Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ermənilər Ermənistan SSR-də toponimlərimizin dəyişdirlməsinə cəsarət etməyiblər. Bunun nümunəsi kimi 1969-1979-cu illərdə həmin ərazilərdə heç bir yer adı dəyişdirilməyib. Birinci vitse-spiker qeyd edib ki, azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyası illərində azərbaycanlılar bu deportasiyaya qarşı ciddi müqavimət göstəriblər. Bu məsələ də alimlərimiz tərəfindən araşdırılıb elmi-tarixi əsərlər ortaya qoyulmalıdır. Çünki bu deportasiya faktı da cinayətdir, beynəlxalq hüquqa zidd addımdır. Bu məsələlərlə bağlı faktların geniş dünya ictimaiyyətinə çatdırılması ermənilərə ciddi zərbə ola bilər.

Tədbirdə həmçinin YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov, akademik Fikrət Əliyev və professor Şahlar Əsgərov çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda ermənilərin soyadlarımızı da mənimsəməyə çalışdıqları bildirilib, eləcə də İrəvan şəhərinin tarixi maketinin hazırlanması, erməni saxtakarlığı ilə bağlı kitabların xarici dillərə tərcümə edilməsi təklif edilib.

Tədbirə yekun vuran YAP Sədrinin müavini Əli Əhmədov çıxış edən natiqlərin dəyərli təkliflər irəli sürdüyünü deyib. O təqdimatı keçirilən kitabın elektron versiyasının hazırlanmasının, rus və ingilis dillərinə tərcümə edilməsinin nəzərdə tutulduğunu bildirib. YAP Sədrinin müavini həmçinin qeyd edib ki, 1948-1953-cü illərdə sovet hökuməti tərəfindən azərbaycanlıların deportasiyaya məruz qalması və azərbaycanlıların hüquqalarının bərpa edilməsi məsələsi gündəmə gətirilməli, beynəlxalq müstəviyə çıxarılmalıdır. Çünki həmin dövrdə deportasiyaya məruz qalmış digər xalqlar sonradan öz hüquqlarını bərpa ediblər. Hüquqları bərpa olunmayan yeganə xalq isə azərbaycanlılardır.

Sonda Əli Əhmədov Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri, onların işğalçılıq siyasəti ilə əlaqədar bundan sonra da elmi-tədqiqat işlərinin aparılacağını diqqətə çatdırıb.

YAP İcra Katibiyində “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib (FOTO) - Gallery Image

YAP İcra Katibiyində “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib (FOTO) - Gallery Thumbnail

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu gün BMT-nin COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası işə başlayır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib. H.Hacıyev qeyd edib ki, BMT tarixində cəmi 30 […]