Emin Məmmədov tutduğu vəzifədən istefa verib.

Oxunma vaxtı:33 Saniyə

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.

DOĞRUSÖZTV.AZ xəbər verir ki, bu barədə “Report”a qurumdakı mənbə bildirib.

Məlumata görə, onun vəzifəsindən azad edilməsi bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də “Express Bank” ASC-də çalışıb. 

STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından “PAŞA Holdinq” MMC-nin nəzarətinə keçib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun həbsi ilə bağlı məlumat yaydı

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, aparılan cinayət işi üzrə […]