Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Oxunma vaxtı:27 Saniyə

Azərbaycanın Əfqanstanda sülhməramlı qüvvlər tərkibində xidmət aparan bir hərbçisinin koronavirusa yoluxması qeydə alınıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, həmin hərbçi nəzarətə götürülüb və digər hərbçilər xidmətlərini davam etdirir.

PA rəsmisi həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında da yoluxmanın qeydə alındığı müşahidıə edilib.

Onun sözlərinə görə, Azərbaycanın Meksika və Moldovada olan səfirliklərin əməkdaşları arasında yoluxma halları var. H.Hacıyuev bildirib ki, buna baxmayaraq səfirlikər öz fəaliyyətlərini davam etdirir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: “Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da […]