Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu gün BMT-nin COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası işə başlayır.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.
H.Hacıyev qeyd edib ki, BMT tarixində cəmi 30 xüsusi sessiya keçirilib və bu xüsusi sessiya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.
PA rəsmisi bildirib ki, Azərbaycanın epidemiya ilə mübarizə istiqamətində gördüyü tədbirlər xaricdən olan həmkarlarımız təfəindən yüksək qiymətləndirilir. H.Hacıyev vurğulayıb ki, bu konfrans epidemiyaya qarşı mübarizədə qlobal həmrəyliyə mühüm töhfə verəcək.