Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur – PA rəsmisi

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: “Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı sülhməramlılarımız arasında bir hərbçimizdə virus aşkarlanmışdı, o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb.

Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb.

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Doğrusöztv.az xəbər verir ki, Fərmana əsasən, 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Daxili İşlər Nazirliyi və […]