Baş Prokurorluqdan bu yazılarla bağlı XƏBƏRDARLIQ

Oxunma vaxtı:53 Saniyə

Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Bildirilir ki, son günlər ərzində bir sıra sosial media səhifələrində və veb-saytlarda qeyd edilən cinayət işi ilə bağlı sensasiya naminə reallığı əks etdirməyən, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların yayılması müşahidə edilib.

Bununla bağlı Baş Prokurorluq bildirir ki, cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bu kimi məlumatların yayılması prinsipial, fundamental və konstitusion hüquqların pozulması, habelə istintaqın obyektiv gedişatına təsir kimi qiymətləndirilir.

Odur ki, qeyd edilənlərlə əlaqədar, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli məlumatları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, bu kimi məlumatların yerləşdirilməsinə diqqət və məsuliyyətlə yanaşılmalı, gələcəkdə belə xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə buna cavabdeh olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmələri məsələsinə baxılacaq.

 2,961 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mehriban Əliyeva göstəriş verdi, iki şəhid ailəsinə yeni ev tikiləcək

“2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan, təşkilatımızın üzvü olan ailələri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirildi”. Doğrusöztv.Az xəbər verir ki, bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri, aprel şəhidi Raquf […]