Azərbaycanda daha bir neçə yüksək rütbəli polis koronavirusa yoluxdu

Oxunma vaxtı:46 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bir neçə əməkdaşı koronavirusa yoluxub.

Doğrusöztv.Az Unikal.org – a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovda da koronavirus aşkarlanıb. 

Bundan başqa, Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının 7-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşı, polis mayoru Fərman Xəlilov, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi test nəticələri pozitiv çıxıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, DYP əməkdaşları arasında da koronavirusa yoluxma qeydə alınıb:

“Hazırda koronavirusa yoluxmuş bəzi əməkdaşlar xəstəxanada müalicə olunur. Sağalıb işə qayıdanlar da var. Polis əməkdaşları mütəmadi olaraq testdən keçirilir”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovun həyat yoldaşı, Bakı Slavyan Universitetinin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova bir neçə gün əvvəl COVİD-19-dan dünyasını dəyişib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hərbi Prokurorluğun İstintaq idarəsinə yeni rəis təyin edildi

Azərbaycan Hərbi Prokurorluğunda kadr təyinatı olub. Doğrusöztv.az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Hərbi Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinə ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov təyin edilib.