Bakıda hərbi qulluqçuya hörmətsizlik edən şəxsə 30 sutkalıq həbs cəzası verilib

Oxunma vaxtı:35 Saniyə

Bakıda hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən şəxs həbs edilib.

DOĞRUSÖZTV.AZ xəbər verir ki, onun əməlləri ilə bağlı toplanan materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə Orucəli Zərbəliyev 30 sutka inzibati həbs cəzası alıb.

Faktı Bakı şəhər Baş Polis İdarəsindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs ötən gün müəyyən olunaraq saxlanılıb. Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. 

 2,075 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Qazaxda qadın ərini və qayınatasını bıçaqlayıb

Qazaxda ata və oğlu bıçaq xəsarəti alıb. APA-nın məlumatına görə, rayon sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu sifət və qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriblər. İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat […]