Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Oxunma vaxtı:45 Saniyə

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:

“Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi və Sizin şəxsinizdə bütün qardaş Belarus xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları ölkənizin sosial-iqtisadi inkişafında, vətəndaşların rifahının təmin edilməsində yüksək nəticələr qazanılması üçün etibarlı təməl olub.

Azərbaycan və Belarus xalqlarını tarixən formalaşmış dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Sevindirici haldır ki, dövlətlərarası konstruktiv dialoq ildən-ilə daha məzmunlu və dinamik olur.

Əminəm ki, ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, habelə çoxplanlı Azərbaycan-Belarus qarşılıqlı əlaqələrinin sanballı potensialından istifadə edilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Belarus Respublikasına isə firavanlıq və əmin-amanlıq arzu edirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişi təsdiq edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib