Xüsusi karantin rejimi daha 2 həftə uzadıla bilər – Operativ Qərargah

Oxunma vaxtı:33 Saniyə

Xüsusi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı fikirlər var.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla bağlı məsələlər 24 saat ərzində nəzarətdə saxlanılır, zəruri tapşırıqlar verilir və tədbirlər görülür.

H.Hacıyev qeyd edib ki, ev şəraitində müalicə olunan şəxslərə də dəstək göstərilməsi nəzərdən keçirilir.

PA rəsmisi əlavə edib ki, koronavirus dünya miqyasında çox böyük sosial, iqtisadi və digər problemlərə yol açır: “Koronavirus dünyada problemləri daha da ağırlaşdırır, çətinləşdirir. Dünya miqyasında kornavirus müharibə kimi qəbul olunmalıdır. Koronavirus tam aradan qalxmayınca bu təhlükəni hiss edəcəyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. Doğrusöztv.Az Trend -ə istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm. Səsvermənin yekunları Sizə yüksək […]