Rufiz Qonaqov: BMT Baş Assambleyasının COVİD-19-a qarşı xüsusi sessiyasının keçirilməsi Azərbaycan rəhbərinin qlobal liderliyinin və qlobal baxışının göstəricilərindəndir

Oxunma vaxtı:1 Dəqiqə, 7 Saniyə

Dünyanın 130 -dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili ilə bağlı təşəbbüsünü dəstəkləməsi bir daha Azərbaycana və ölkə liderinə olan diqqət və rəğbəti nümüyiş etdirir.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi Azərbaycan rəhbərinin qlobal liderliyinin və qlobal baxışının göstəricisi olacaqdır:

“Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə koronovirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və vacib təbdirlər həyata keçirilir.

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və onun Təhlükəsizlik Şurasının rolu görünmür. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi.

Azərbaycan Prezidentinin bu təşəbbüsünü BMT-nin 130-a qədər QH üzvü olan ölkəsinin dəstəkləməsi eyni zamanda , ölkəmizin beynəlxalq nüfuzunu dahada artırır.

Bu təşəbbüsə qarşı isə çıxan yeganə ölkə Ermənistan oldu. Bu isə bir daha bu ölkənin dünyadakı həmrəyliyə və birliyə qarşı olan riyakar və təcavüzkar mahiyyətini ortaya qoymuş oldu.

Düşünürəm ki, ən qısa zamanda BMT-yə üzv olan dugər ölkələr də bu baqda məlumatlandırılacaq və sessiya mümkün qədər tez bir zamanda təşkil olunaraq , baş tutacaqdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan və Türkiyə vətəndaşları iki ölkə ərazisində sürücülük vəsiqəsindən istifadə edə biləcək

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınması qaydası təsdiq olunub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” sazişə əsasən hər iki ölkənin vətəndaşları digər ölkə ərazisində öz dövlətinin sürücülük vəsiqəsindən istifadə edə biləcək. Bununla bərabər həmin […]