Ermənistan iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 45 dəfə pozdu

Oxunma vaxtı:31 Saniyə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

 1,502 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Bir cavab yazın

Next Post

Rufiz Qonaqov: BMT Baş Assambleyasının COVİD-19-a qarşı xüsusi sessiyasının keçirilməsi Azərbaycan rəhbərinin qlobal liderliyinin və qlobal baxışının göstəricilərindəndir

Dünyanın 130 -dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili ilə bağlı təşəbbüsünü dəstəkləməsi bir daha Azərbaycana və ölkə liderinə olan diqqət və rəğbəti nümüyiş etdirir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. R.Qonaqov bildirib […]