“MTN-in belə əməkdaşı olmayıb” – DTX

Oxunma vaxtı:35 Saniyə

Son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı, “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.

Unikal.org-un xəbərinə görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayaraq bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb:

“Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazir Axundovu rəis müavini TƏYİN ETDİ

Daxili İşlər orqanında yeni təyinat olub. Doğrusöztv.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, polis polkovniki Vüqar Axundov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis şöbəsinin rəis müavini təyin olunub. Bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.