Azərbaycanda bu işçilərə maaşdan əlavə pul veriləcək – DİQQƏT!

Oxunma vaxtı:30 Saniyə

Milli Məclisin bu gün keçirilən iclasında “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.

DOĞRUSÖZTV.AZ xəbər verir ki, qanuna əlavə olunması təklif edilən yeni hissəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

sfera.az

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın 11 rayonuna yeni prokuror təyin edilib - RƏSMİ

Prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir. Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı […]