İbrahim Məmmədov: Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib

Oxunma vaxtı:23 Saniyə

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna biləcəyini demişdi.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Türkiyənin ən etibarlı dostu və müttəfiqidir - Rəy sorğusu

Türkiyə əhalisinin 65,6 faizi Azərbaycanı Türkiyənin ən etibarlı dostu və müttəfiqi hesab edir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kadir Has Universitetinin keçirdiyi rəy sorğusunda deyilir. Sorğunun nəticələrinə əsasən, respondentllərin 70 faizi ABŞ-ı Türkiyə üçün real təhdid hesab edir. Rəyi soruşulanların 30,2 faizi hesab edir ki, Ankara türkdilli ölkələrlə, […]