Müdafiə Nazirliyi: Tərtərdə bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina partlayıb

Oxunma vaxtı:23 Saniyə

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Doğrusöztv.Az bildirir ki, bu barədə Azərbaycan müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İbrahim Məmmədov: Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı […]