Elektron viza ilə bağlı “Turizm haqqında” Qanunda dəyişiklik edilib

Oxunma vaxtı:26 Saniyə

Prezident İlham Əliyev “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan və Ukrayna XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə Xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib. Nazir müavini Xələf Xələfov […]