Oxunma vaxtı:21 Saniyə
İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Doğrusöztv.Az bildirir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirli Ramin Quluzadə iştirak ediblər.