Leyla Əliyevanın təşəbbüsü ilə pulsuz çimərlik istifadəyə verildi – FOTOLAR

Oxunma vaxtı:54 Saniyə

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib.

Unikal.org xəbər verir ki, təxminən 5 ha sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edilib.

Ötən il yaradılmış sözügedən ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.

Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Yenilənmiş ictimai çimərliyin açılışı zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfər IDEA könüllüsünün iştirakı ilə kiçik təmizlik aksiyası keçirilib və ərazi tullantılardan təmizlənib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan həkimləri: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərini ayaq üstə alqışlaması bizə yeni güc verdi (VİDEO)

İyunun 17-də Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur. Həkimlərin peşə bayramı heç vaxt ölkəmizdə bugünkü qədər aktual olmamışdı. Azərbaycan bütün dünya ilə birgə ümumi bəlaya, COVİD-19 pandemiyasına qarşı mübarizə aparır. Bu pandemiya Azərbaycan səhiyyəsinin real potensialını ortaya qoydu. Yüksək ixtisaslı tibbi personalın və müasir infrastrukturun olması sürətlə inkişaf edən […]