Sabah hava necə olacaq?

Oxunma vaxtı:46 Saniyə

Azərbaycanda iyunun 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

İyunun 16-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin rejimi məhdudiyyətləri götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Qarşıdakı günlərdə rayonlar arası gediş-gəliş bərpa oluna bilərmi? Doğrusöztv.Az BiG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları […]