Oxunma vaxtı:48 Saniyə
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun – Milli Qurtuluş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Doğrusöztv.Az xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər!
Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”