Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR – Hələ 5-6 ay…

Oxunma vaxtı:52 Saniyə

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin rejimi məhdudiyyətləri götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Qarşıdakı günlərdə rayonlar arası gediş-gəliş bərpa oluna bilərmi?

Doğrusöztv.Az BiG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

“Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir.

”Bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə, bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır.

İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əməl edərlərsə, normal həyatımıza tezliklə qayıda bilərik. Əks halda bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə, bunu heç birimiz arzulamırıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

ÜST xəbərdarlıq etdi: "Antibiotik infeksiyanı gücləndirir"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla mübarizədə antibiotikdən istifadənin zərərlli olduğunu açıqlayıb. Doğrusöztv.Az BİG.AZ -a istinadən xəbər verir ki, ÜST-ün sədri Tedros Adanom Qebreyesus bildirib ki, getdikcə artan bakterial infeksiyalar daha öncə onları müalicə etmək üçün istifadə edilən dərmanlara qarşı əks təsir göstərir: “Koronavirus infeksiyası antibiotik istifadəsinin artmasına səbəb […]