Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən “Dogrusoztv.Az“a verilən məlumata görə, əməliyyat zamanı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Samiq Rəhimov tutulub.
Onun Abşeron rayonunda yaşadığı evdə axtarış aparılan zaman 1 ədəd “Naqan” konstruksiyalı “Marqolin” markalı tapança və həmin silaha məxsus 2 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edilən xüsusatlarla bağlı Samiq Rəhimov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb olunub. Samiq Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.