Ağstafada qanlı hadisə: ölən var

Oxunma vaxtı:27 Saniyə

Ağstafa rayonunda qətl hadisəsi baş verib.

Doğrusöztv.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1991 ci il təvəllüdlü Heydərov Tural Misir oğlu  sözügedən kənddə küçədə səs-küy salıb. Bu zaman kənd sakini olan 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Heydərov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyevin "Facebook" səhifəsində 15 İyun münasibətilə paylaşım edilib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində Milli Qurtuluş Günü – 15 İyun münasibətilə paylaşım edilib. “Report” xəbər verir ki, paylaşımda ulu öndər Heydər Əliyevin bu sözləri sitat gətirilib: “Müstəqil Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!”.