Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin iyunun 12-də təşkilatın baş katibi Aleksandru Giboinin moderatorluğu ilə keçirilən onlayn görüş barədə videomaterial yayıb.
Doğrusöztv.Az AZƏRTAC – a istinadən bildirir ki, Videomaterialda Fransanın Frans-Press, Almaniyanın DPA, Türkiyənin Anadolu, İspaniyanın EFE, Finlandiyanın STT, Ukraynanın “Ukrinform” və digər agentliklərin rəhbərləri və nümayəndələrinin iştirak etdikləri qeyd olunub. Azərbaycanı Alyansın üzvü olan AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun təmsil etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, vebinarda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bu qeyri-adi dövrdə insanların etibarlı informasiyaya ehtiyacından, dezinformasiyanın cəmiyyətə mənfi təsirindən danışıb. O bildirib ki, Azərbaycanda COVID-19-a qarşı mübarizə ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin həyata keçirdiyi sosial-iqtisadi dəstək və tibbi iqtisadiyyatın təşkili proqramları maraq doğuran əsas mövzular olub. Agentlik bu sahələr üzrə xəbər, video, analitik və infoqrafika materialları hazırlayaraq 8 dildə yayıb.