Prezident İlham Əliyev Qobustanda yol tikintisinə 4,1 milyon manat ayırıb

Oxunma vaxtı:32 Saniyə

Prezident İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Yəmənə 25 min dollar məbləğində yardım edib

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 […]