TƏBİB-dən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ: Sərt karantin olarsa…

Oxunma vaxtı:58 Saniyə

Biz vətəndaşlardan xahiş edirik ki, gələcəkdə həftəsonu bu tipli karantin sərtləşdirilmələri olarsa, 103 xidmətinə olan xırda çağırışların çox olmaması üçün dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər.

Doğrusöztv.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Həftə sonunda 103 xidmətinə olan çağırışların sayı artdığı üçün ünvanlara çatmada çox az ləngimələr oldu, bunu etiraf etməliyik.

Gecikmələrin səbəbini açıqlayan TƏBİB sədri qeyd edib ki, təcili yardım xidmətinin işçiləri gündəlik olaraq ünvanlara gedir, COVİD-19-la bağlı müayinələr aparır və nümunələr götürürlər:

loading…

“Müayinələrin cavabı bəlli olduqdan sonra isə pozitiv çıxan xəstələr xüsusi rejimli xəstəxanalara təxliyə edilirlər. Təcili yardım xidmətinin digər briqadaları isə digər xəstəliklər üzrə çağırışlara gedirlər. Lakin küçəyə çıxma qadağası ilə əlaqədar vətəndaşlar ən kiçik şikayətlər üçün də təcili yardıma müraciət ediblər, bununla əlaqədar olaraq da gündəlik çağırış sayı 800-dək artıb”.

Sərt karantin qaydalarının tətbiq edildiyi şənbə və bazar günlərində Azərbaycan vətəndaşlarının çox ciddi həmrəylik nümayiş etdirdiyini deyən R.Bayramlı əlavə edib ki, əksər insanlar karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl edib.

O, buna görə Azərbaycan vətəndaşlarına təşəkkür də edib.(Trend)

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İki nazirlikdən əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri birgə müraciət yayıb. Doğrusöztv.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları  yanaraq külə dönür.  Azərbaycan da digər ölkələr kimi meşə yanğınlarından sığortalanmayıb: “İndiyədək meşə […]