Oxunma vaxtı:26 Saniyə
Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdallah Chatila bir milyon tibbi maska göndərib.
Doğrusöztv.Az xəbər verir ki, İsveçrəli iş adamı Abdallah Chatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.
Humanitar yardım Sumqayıt şəhər 1 saylı Xəstəxanada qəbul olunub və bu humanist addıma, nəcib təşəbbüsə görə sumqayıtlılar adından İsveçrəli iş adamı Abdallah Chatilaya minnətdarlıq ifadə olunub.