Ağcabədi kümçüləri 32 tondan çox barama tədarük ediblər.

Oxunma vaxtı:39 Saniyə

Barama tədarükü davam edir. 06.06.2020-ci il tarixdə Ağcabədi kümçülərinin yetişdirdikləri 7 213 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Bu günədək cəmi 32 401 kiloqram barama tədarük edilib.
Doğrusöztv.Az xəbər verir ki, bu il Ağcabədi rayonunda 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu yetişdirilib. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon üzrə 60 tona yaxın barama tədarük olunacağı gözlənilir.
Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İsveçrəli iş adamı Abdallah Chatila Sumqayıta bir milyon tibbi maska göndərdi

Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdallah Chatila bir milyon tibbi maska göndərib. Doğrusöztv.Az xəbər verir ki, İsveçrəli iş adamı Abdallah Chatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul […]