7 yaşından aşağı uşağı olan valideynlərə ŞAD xəbər!

Oxunma vaxtı:42 Saniyə

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-dək uzadılmasını nəzərə alaraq təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrin 3cü bəndində qeyd olunur ki, 2020-ci il 4-31 may tarixlərində Təhsil Nazirliyinin Aparatının, onun Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə həmin qurumların rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Neftçala rayonunda Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb

Neftçala rayonunda Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, bir sıra kəndlərdə içməli su problemi yaranıb.Vəziyyətin ciddiliyi nəzərə alınaraq Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Rayon ərazisində dərhal mövcud problem araşdırılıb və su çatışmamazılığı olan bütün ərazilər müəyyən olunub. Operativ […]