Oxunma vaxtı:24 Saniyə
Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib.
Müraciət edən ailə çörəklə təmin olunub. Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.