Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək

Oxunma vaxtı:27 Saniyə

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Dogrusoztv.az  xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib. 

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi, “Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq. / Unikal.org

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ! Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir. Baş Prokurorluqdan Dogrusoztv.Az-a  verilən məlumata görə, Masallı rayonun Ərkivan-Kosakül […]