2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32,21 faiz artaraq 38,367 milyon dollar təşkil edib.
Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Aprel ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin apreli ilə müqayisədə 37,45 faiz artıb və 8,815 milyon dollara bərabər olub.
Yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 2,404 milyard dollar təşkil edib.
Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,6 faizə bərabər olub.
Son 12 ay ərzində (aprel 2019 – aprel 2019) Türkiyə 6,884 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.