Sevil Mikayılova: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Oxunma vaxtı:1 Dəqiqə, 27 Saniyə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, bu plana əsasən, ilkin mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsi azad olunur:

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin məhz mərhələli şəkildə qaytarılması üzrə aparılır və həm Azərbaycan, həm də beynəlxalq vasitəçilər bu plan ətrafında sülh əldə olunmasını istəyirlər.

Təəssüf ki, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlar prosesində hələlik irəliləyişə nail olmaq mümkün olmayıb”.

S.Mikayılova vurğulayıb ki, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq Ermənistanın hazırkı siyasi rejimini tam qane edir və öz hakimiyyətini qorumaq üçün danışıqlar prosesinin mahiyyətini riyakarcasına təhrif edir, heç bir siyasi məntiqə sığmayan çaşdırıcı bəyanatlar verməklə sanki vaxt qazanmağa çalışır:

“Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması və həm Ermənistan, həm də Azərbaycan vətəndaşları üçün törətdiyi ağır fəsadlara görə işğalçı Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır.

Azərbaycan dövləti ədalətin bərpa olunması üçün bütün qanuni vasitələrdən istifadə edir və Dağlıq Qarabağ münaqişəsinin tarixi həllinə nail olmaq üçün bütün vacib addımlar atılacaq. Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq”.

Deputat təəssüflə qeyd edib ki, beynəlxalq hüququn kağız üzərində qalmış qərarlarının bəzi hallarda məhz hərbi güc sayəsində icra olunmasını müşahidə edirik: “Güc amili bir sıra demokratik dövlətlərin öz maraqlarının təmin olunmasında belə başlıca amil kimi çıxış edir.

Bu reallıq Azərbaycanı tarixi ədaləti bərpa etmək və beynəlxalq hüquq normalarını təmin etmək üçün hərbi güc faktorunu öndə saxlamağa səfərbər edir. Dövlətimizin amalı və məqsədi öz suverenliyini tam və birdəfəlik qorumaqdır.

Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin mövqeyi birmənalı və qətidir – Qarabağ Azərbaycandır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın dövlət sərhədinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb. Doğrusöztv.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter […]