Oxunma vaxtı:16 Saniyə
Gürcüstan Prezidenti Salome Zurabişvili 28 may – Respublika Günü münasibətilə rəsmi “Twitter” hesabında paylaşım edib.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:
“Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və möhkəm tərəfdaşlıq mövcuddur. Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına sülh, əmin-amanlıq və xüsusən də pandemiyanın çətin dövründə sağlamlıq arzulayıram”.