Oxunma vaxtı:20 Saniyə
Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrik Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində yerləşdirilib.
Təbrikdə deyilir:
“Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”.