Sumqayıtda 4 hərbçi, 1 mülki şəxsin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

Oxunma vaxtı:31 Saniyə

Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Doğrusöztv.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib, zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs ölüb, 2 nəfər isə ağır xəsarət alıb. 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bakıda polis əməliyyat keçirib, 4 narkotacir saxlanılıb

Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Doğrusöztv.Az APA-ya istinadən bildirir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini, əvvəllər məhkum olunmuş Ülvi Əliyevdən 0.101 qram heroin, 0.613 qram tiryək, Natiq Əzizovdan 0.023 qram heroin və 0.149 qram metamfetamin aşkar olunub. Sabunçu Rayon […]