Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:41 Saniyə

İran İslam Respublikasının Prezidenti Həsən Ruhanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan Respublikasının xalqını səmimi qəlbdən təbrik edirəm.

Ortaq tarixi, mədəni və dini dəyərlərə malik olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası geniş əməkdaşlıq və investisiya imkanlarına malikdirlər. Ölkələrimizdə mövcud olan siyasi iradəyə əsaslanaraq, göstərilən birgə səylər və qarşılıqlı dəstək sayəsində xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımlar atıla bilər.

Ümidvaram ki, bütün dünyada və ölkələrimizdə koronavirusa qalib gələrək, ikitərəfli münasibətləri inkişaf etdirmək və razılaşmaları həyata keçirməklə beynəlxalq və regional miqyasda müxtəlif sahələrdə birgə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının Əməliyyat Qrupunun Könüllülərlə iş üzrə koordinatoru Yusif Vəliyev bildirib. Onun sözlərinə görə, könüllülər yaşlılara yardım kampaniyasına […]