Bakıda polis əməliyyat keçirib, 4 narkotacir saxlanılıb

Oxunma vaxtı:33 Saniyə

Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Doğrusöztv.Az APA-ya istinadən bildirir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini, əvvəllər məhkum olunmuş Ülvi Əliyevdən 0.101 qram heroin, 0.613 qram tiryək, Natiq Əzizovdan 0.023 qram heroin və 0.149 qram metamfetamin aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün keçirdiyi əməliyyat nəticəsində Bakı sakini Teymur Hüseynovdan 1.476 qram metamfetamin aşkar olunaraq götürülüb.

 Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş İslam Qurbanovdan 0.306 qram heroin aşkar olunaraq götürülüb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan XİN Gürcüstanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib. Doğrusöztv.Az Unikal.org- a istinadən xəbər verir ki,  bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib. “Dost Gürcüstanı Müstəqillik Günü münasibətilə ən xoş arzularla səmimi-qəlbdən təbrik edirik. Biz dost Gürcüstan xalqına möhkəm cansağlığı, uğurlar və əbədi firavanlıq diləyirik”.