Prezidentdən daha bir TAPŞIRIQ

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.

Doğrusöztv.Az Pravda.az-a istinadən xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.

Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının açılışda iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının mayın 25-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. […]