İlham Əliyev Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olub

Oxunma vaxtı:23 Saniyə

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada oldular.

Doğrusöztv.Az xəbər verir ki, daha sonra dövlətimizin başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə də maraqlandılar. Məlumat verildi ki, zəlzələdən zərər çəkənlər üçün ilkin mərhələdə inşa olunmuş 44 və 20 mənzilli iki binada hər cür şərait yaradılıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi layihəsində iştirak vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman AÇG-də “ExxonMobil” şirkətinin payının satılması məsələsini şərh edərkən deyib. […]