Əbülfəs Qarayavin səlahiyyəti ilə bağlı xəbərə RƏSMİ MÜNASİBƏT

Oxunma vaxtı:20 Saniyə

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Doğrusöztv.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər.

Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.

Xatırladaq ki, mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayav tutduğu vəzifədən azad olunub. 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON dəqiqə: Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır

Kürdəmir rayonunda koronavirusa yoluxma sürətlənib. Doğrusöztv.Az xəbər verir ki,rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb. Ətraflı reportajı təqdim edirik.