XİN: Paşinyanın təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Oxunma vaxtı:1 Dəqiqə, 1 Saniyə

“Ermənistanda yaşayan yüz minlərlə müsəlman əhalini əzəli torpaqlarından məcburi sürgün edən, Azərbaycanın torpaqlarını işğal edib bu ərazidəki azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyan, müsəlman mülki əhaliyə qarşı Xocalı qətlimı kimi insanlıq əleyhinə cinayətlər törədən, işğal etdiyi torpaqlardakı İslam dini abidələrini, ibadət yerlərini talan və təhqir edən bir ölkənin rəhbərinin müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlaması təcavüzkar Ermənistanın rəhbərinin islam dininə qarşı nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsidir”.

Doğrusöztv.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasını şərh edərkən deyib.

“Ermənistanın baş naziri həqiqətən də İslam dininə və dəyərlərinə hörmət nümayiş etdirsəydi, ilk növbədə fundamental hüquqları pozulmuş, öz evlərindən didərgin salınmış yüz minlərlə müsəlman azərbaycanlının haqqlarının bərpa olunması istiqamətində addım atardı. Nikol Paşinyanın nümayiş etdirdiyi təxribatçı fəaliyyəti isə onun bu yanaşmadan tam uzaq olduğunu göstərir.

Ermənistan baş nazirinin təbrik ünvanladığı ölkələrin hər il, ardıcıl olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə qəbul etdiyi qətnamələri işğalçı ölkəyə xatırladırıq. Ermənistan rəhbərliyi İslam dünyası və müsəlman əhalisinə sözdə hörmətini, saxta müraciətləri ilə deyil, elə həmin müsəlman ölkələrin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməklə nümayiş etdirməlidir”, – deyə XİN rəsmisi bildirib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Əbülfəs Qarayavin səlahiyyəti ilə bağlı xəbərə RƏSMİ MÜNASİBƏT

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Doğrusöztv.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib. Xatırladaq ki, mayın 21-də Prezident İlham […]