Melek Çakmak: FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir

Oxunma vaxtı:53 Saniyə

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq proqramı çərçivəsində 2019-cu ildə ekologiya və təbii ehtiyatlar sahəsində 6 iri layihənin reallaşdırılması uğurla davam edib.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.

O bildirib ki, FAO ilə Azərbaycan arasında 2016-cı ildə imzalanmış və 2020-ci ilin sonuna kimi nəzərdə tutulmuş Tərəfdaşlıq proqramı çərçivəsində layihələrin reallaşdırılması davam edəcək:

“Hazırda ofisimiz üç əsas proqram üzrə müxtəlif layihələr reallaşdırır. Meşəçilik, iqlim dəyişikliyi və balıqçılıqla bağlı təbii ehtiyatların idarə olunması proqramı çərçivəsində uğurlu nəticələr əldə edilib”.

M.Çakmak bildirib ki, FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cari islahatlarını, eləcə də Qlobal Ekologiya Fondu və FAO, Türkiyə Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üçtərəfli əməkdaşlığının vəsaiti hesabına meşələrin təkrar qeydiyyatı və idarə olunması üzrə planların hazırlanmasını dəstəkləyir:

“Digər tərəfdən, 2019-cu ildə biz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən iki iri layihənin reallaşdırılmasına başlamışıq. Bu layihələrin əsas məqsədi ölkədə kənd təsərrüfatında məsləhət xidməti sisteminin formalaşdırılması, eləcə də yerli məhsulun dayanıqlı istehsalının təmin olunmasıdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat ayrıldı - Əli Əsədov SƏRƏNCAM İMZALADI

Baş Nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş […]