Dövlət Komitəsi: Gender bərabərliyinin təminatı sahəsində bir çox tədbirlərin görülməsinə ehtiyac var

Oxunma vaxtı:41 Saniyə

Azərbaycanda gender bərabərliyinin təminatı sahəsində görülmüş irimiqyaslı tədbirlərə baxmayaraq, hazırda bu sahədə bir çox tədbirlərin görülməsinə ehtiyac duyulur.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

O əlavə edib ki, Azərbaycanın qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bu əməlin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub:

“Lakin buna baxmayaraq həyatın müxtəlif sahələrində, xüsusilə də ailə həyatında fərqli formalarda ayrı-seçkiliyin təzahürləri ortaya çıxır. İllərlə formalaşmış mənfi gender stereotipləri və qadına qarşı ayrı-seçkilik normaya çevrilib”.

S.Talışinskaya bildirib ki, beynəlxalq sənədlər bu halların aradan qaldırılması üçün xüsusi tədbirlərin görülməsini tövsiyə edir. İlk növbədə ölkə ərazisində bütün mümkün resurslardan (o cümlədən, təhsil və mədəniyyət müəssisələri, gənclər üçün mərkəzlər, qadın resurs mərkəzləri cəlb edilməklə) istifadə etməklə əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə yeni təyin olunmuş Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov kollektivə təqdim edilib. Doğrusöztv.Az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə […]